Ekologiya
"Karbon qiymətləndirilməsi biznesin inkişafına dövlət dəstəyini əhatə edəcək" - Nazir
Azərbaycanda karbon qiymətləndirilməsinin biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
“Karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyllərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin, karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak planlaşdırılır. Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək", - deyə o qeyd edib.
"Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiya"lardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət Vergi Xidməti ekoloji və “yaşıl vergi"lərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır. Azərbaycanın "yaşıl kecid" uçün həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır. Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələrin ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz bu prosesə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik", - deyə nazir əlavə edib. (Report)
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?









































