Ekologiya
Gəncəçayı zibilxanaya çevirdilər - VİDEO
Gəncəçayın şəhər ərazisindən keçən hissəsi məişət tullantıları ilə çirkləndirilir.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, acınacaqlı mənzərə daha çox Vəli Xuluflu küçəsindəki evlərə yaxın ərazilərdə müşahidə olunur.
Uzun müddətdir davam edən bu vəziyyət yaxınlıqda yaşayanları təngə gətirib. Sakinlər bildirirlər ki, tullantılar həm ətrafa pis qoxu yayılmasına, həm də həşəratların çoxalmasına səbəb olur.
Zibillə çirkləndirilən ərazidə məişət tullantıları üçün konteynerlər də yerləşdirilib.
Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, Gəncəçayın məcrası onların xidməti ərazisinə aid deyil. Buna baxmayaraq, ərazidə sanitar vəziyyəti nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq genişmiqyaslı təmizlik işləri həyata keçirilir, çayın məcrası məişət tullantılarından, ağac və kol-kosdan, alaq otlarından təmizlənir.
Ancaq aparılan təmizlik işlərinə baxmayaraq, sağ və sol sahildə yaşayan sakinlərin və ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Gəncəçayın hövzəsinə məişət, təmir qalığı tullantılarını atması hallarına hələ də rast gəlinir.
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?











.jpg)










.webp)










.jpg)


