Ekologiya
Bu ərazilərdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlandı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonunun Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Qax rayonunun Əlibəyli kəndində, Qəbələ rayonunun Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 min 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO












.jpg)




.webp)














.jpg)
