Ekologiya
Alimlər qlobal iqlim fəlakəti barədə xəbərdarlıq etdilər
Antarktidada şelf buzlaqları ehtimal ki, əvvəllər təxmin edildiyindən daha sürətlə əriyir.
Publika.az xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunan araşdırmada məlumat verilir.
Qeyd olunub ki, bu prosesin əsas qlobal nəticəsi dəniz səviyyəsinin qalxmasının sürətlənməsidir. Tədqiqatçılardan biri olan Sin Çjou Antarktidanın gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbə olduğunu bildirib.
İşin müəllifləri xəbərdarlıq ediblər ki, əgər Antarktida şelfi zəifləsə və ya dağılmağa başlasa, bu proses hazırda xüsusi buz qalxanı tərəfindən saxlanılan milyardlarla ton buzu sərbəst buraxa bilər. Alimlər ehtimal olunan daşqın nəticəsində milyonlarla insanın zərər çəkəcəyini vurğulayıblar, çünki buz təbəqəsinin yoxluğu dəniz səviyyəsini 58 metr qaldıra bilər.
Şelf buzlaqları sahildən dənizə doğru axan və kənarlara doğru nazikləşən plitə şəklində olan, üzən və ya qismən dibə söykənən buzlaqlardır. Bu buzlaqlar quru buz örtüklərinin davamı hesab olunur.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




















.jpg)















