Ekologiya
Alimlərdən qlobal fəlakətlə bağlı xəbərdarlıq: Daha tez baş verəcək
Antarktidadakı şelf buzlaqları alimlərin gözlədiyindən daha sürətlə əriyə bilər.
Publika.az "RİANovosti"yə istinadən xəbər verir ki, bu barədə yeni elmi araşdırmada bildirilib.
Tədqiqatın nəticələri milyonlarla insan üçün ciddi təhlükə yarada biləcək ssenarini ortaya qoyub.
Araşdırmanın rəhbərlərindən biri olan Çin Çjou bildirib ki, əsas qlobal nəticə dəniz səviyyəsinin daha sürətli yüksəlməsi olacaq: “Antarktida gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbəni özündə saxlayır”.
Alimlərin sözlərinə görə, Antarktidadakı şelf buzlaqları zəifləyir və ya dağılmağa başlayarsa, hazırda buz qalxanı tərəfindən saxlanılan nəhəng buz kütlələri okeana qarışacaq. Bu isə dünya okeanının səviyyəsinin kəskin artmasına səbəb ola bilər.
Mütəxəssislər hesab edir ki, buz qalxanının tam zəifləməsi halında dəniz səviyyəsi hətta 58 metrədək yüksələ bilər. Belə bir vəziyyət isə sahilyanı ərazilərdə yaşayan milyonlarla insan üçün daşqın təhlükəsi yaradacaq.
Qeyd edək ki, şelf buzlaqları qurudan dənizə doğru uzanan, su üzərində üzən və ya qismən dəniz dibinə söykənən nəhəng buz kütlələridir. Onlar əsasən materik buz örtüyünün davamı hesab olunur.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam











.jpg)




.webp)

















.jpg)
