Ekologiya
Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Publika.az-a bildirilib ki, Günəş fəallığı zəif olub, çox az sayda alışma qeydə alınıb. Yerə təsir edə biləcək Tac Kütlə Atılmaları (TKA) və II tip radioemissiyalar müşahidə edilib. Günəş səthində 9 ləkə qrupunda 110 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb. 2 MeV-dən böyük enerjili elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən böyük enerjili proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlib.
Günəş küləyinin maksimal sürəti 566 km/san olub. Geomaqnit sahəsi əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. İyunun 1–7 tarixləri üçün proqnoza əsasən, C sinif alışmanın başvermə ehtimalı 90 faiz, M (R1–R2) sinif alışmanın 25 faiz, X (R3) sinif alışmanın isə 5 faizdir.
Elektron selinin orta və yüksək səviyyədə, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə Günəş küləyinin yenidən normadan yüksək olacağı proqnozlaşdırılır.
Avroraların müşahidə ehtimalı yüksək geomaqnit enliklərdə 15–40 faiz, orta enliklərdə isə 1–30 faizdir.
Mənfi qütblü tac dəliyi axınları və TKA-ların təsiri ilə 2–3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam











.webp)






















.jpg)

