Ekologiya
Güclü maqnit qasırğası gəlir: Bu axşam Yer kürəsini vuracaq
Bu gün axşam saatlarında Yer kürəsində G3 kateqoriyalı güclü maqnit qasırğası gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat yayıblar.
Alimlərin sözlərinə görə, maqnit qasırğasının səbəbi Günəşdə baş vermiş güclü alışmalardan sonra Yer istiqamətinə atılan bir neçə plazma buludunun planetimizə çatması olacaq.
Mütəxəssislər bildiriblər ki, geomaqnit pozuntuları uzunmüddətli xarakter daşıyacaq. Belə ki, sonrakı püskürmələr nəticəsində yaranan plazma axınları daha əvvəl formalaşmış buludlara çataraq təxminən 200 milyon kilometr uzunluğunda vahid struktur yaradacaq.
Laboratoriyada qeyd olunub ki, belə şəraitdə Yerin həmin plazma buludunun içərisindən keçməsi ehtimalı olduqca yüksəkdir.
Xatırladaq ki, son maqnit qasırğası mayın 15-də qeydə alınmışdı. Həmin vaxt geomaqnit aktivliyi əvvəlcə G2 səviyyəsinə yüksəlmiş, təxminən üç saat davam etdikdən sonra zəifləmişdi. Ertəsi gün isə aktivlik yenidən G1 səviyyəsinə çatmış və daha sonra tədricən səngimişdi.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam











.webp)






















.jpg)

