Sosial
Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".
Publika.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Bu zaman həmin müddət ərzində toplanmış pensiya kapitalı nəzərə alınır:
"2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan vətəndaşların pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq artırılacaq.
Digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçirilir. Bu artım əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğun müəyyənləşdirilir".
Deputat əlavə edib ki, 2026-cı ilin nəticələrinə əsasən orta aylıq əməkhaqqındakı artım göstəricisi müəyyənləşdikdən sonra pensiyaların indeksləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək:
"Bu prosesin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində həyata keçirilməsi gözlənilir. Növbəti ümumi indeksləşdirmə 2027-ci ilin yanvar ayından tətbiq olunacaq və artımın həcmi 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisindən asılı olacaq".
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?






.jpg)






.jpg)





.jpg)


















