Ekologiya
Azərsun Holdinq beynəlxalq ətraf mühit tədbirini dəstəklədi
"Azərsun Holdinq" 5 iyun – Dünya Ətraf Mühit Günü 2026 (World Environment Day 2026) münasibətilə Bakı şəhərində keçirilən rəsmi açılış mərasiminin və əlaqədar tədbirlərin dəstəkçilərindən biri kimi ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən qlobal təşəbbüslərə öz töhfəsini verib.
Publika.az xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm adamları və biznes ictimaiyyətinin nümayəndələri iştirak edərək iqlim dəyişiklikləri, metan emissiyalarının azaldılması, təbii ehtiyatların qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadə "Azərsun Holdinq"in korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Holdinq fəaliyyət göstərdiyi müəssisələrdə ekoloji təsirin azaldılması, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl layihələr həyata keçirir.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam











.webp)






















.jpg)

