Ekologiya
Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı
2026-cı ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib. Orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib. Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
“May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb”.
N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb. Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu dənələrinin diametri əksər hallarda 4–20 mm arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 mm təşkil edib.
“2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam











.webp)






















.jpg)

