Ekologiya
Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki hava
İyunun 7-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qarın hündürlüyü Şahdağda 1 sm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60%-ni təşkil edir.
Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44%-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29%-i), Göygöldə 33 (aylıq normanın 27%-i), Xaltanda 33 (aylıq normanın 36%-i), Balakəndə 31 (aylıq normanın 24%-i), Xınalıqda 25 (aylıq normanın 53%-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26%-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır.
İyunun 06-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb.
Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var



































