Ekologiya
Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6, Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər, Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2, Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab, Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və Daşkəsəndə 18 m/s-yə çatıb.
İyunun 12-də saat 15:12 radələrində Qazax rayonunun bəzi kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30 radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20 mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə, saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55 radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat 23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə diametri 12-15 mm olan dolu düşüb.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam


































.jpg)

