Ekologiya
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda 10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax), İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı, Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba, İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran, Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
İyunun 14-də saat 18:34-18:42 radələrində Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.
İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 m/s-dək güclənib. Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı



































.jpg)

