Ekologiya
"El-Nino" özünü göstərdi: Rekord isti və quraqlıq təhlükəsi artır
"El Nino" tropik Sakit okean regionunda yenidən aktivləşməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Meteorologiya Bürosu məlumat yayıb.
Bildirilir ki, okeanın mərkəzi hissəsində suyun temperaturu artıq bu iqlim hadisəsi üçün müəyyən edilən həddə çatıb.
Mütəxəssislər bildirirlər ki, hazırkı göstəricilər “güclü El-Nino” ehtimalını xeyli artırır və onun yaxın aylarda daha da kəskinləşməsi istisna edilmir.
Avstraliya Meteorologiya Bürosu xəbərdarlıq edib ki, bu proses xüsusilə ölkənin şərq və cənub-şərq bölgələrində ciddi iqlim dəyişikliklərinə səbəb ola bilər. Adətən "El-Nino" zamanı yağıntıların azalması, temperaturun yüksəlməsi müşahidə olunur. Bu isə öz növbəsində quraqlıq riskini artırır, meşə yanğınlarının baş vermə ehtimalını yüksəldir və kənd təsərrüfatı məhsuldarlığında ciddi azalmaya gətirib çıxara bilər.
Meteoroloqlar vəziyyətin yaxın dövrdə daha da ağırlaşa biləcəyini istisna etmirlər.
Müəllif: Adəm
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı



































.jpg)

