Ekologiya
"Apple"nin başı dərddə - Şirkət Hindistanda suyu çirkləndirirmiş
Hindistanın Hosur şəhərindəki "Tata" fabrikinin suyu çirkləndirməsi ilə bağlı araşdırma davam edir.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, fabrik "Apple" şirkətinin təchizatçısı tərəfindən idarə olunur.
İstintaq yerli fermerlərin "iPhone"un arxa panelləri və digər komponentlərini istehsal edən fabrikin çirkab sularının yeraltı suları çirkləndirməsi ilə bağlı şikayətlərindən sonra başlanıb. Bəzi sakinlər çirklənmə ilə bağlı dəri problemlərinin də olduğunu bildiriblər.
Bölgənin səhiyyə orqanları isə may ayının sonundan bəri araşdırmalar aparıblar. Səhiyyə rəsmisi qeyd edib ki, çirklənmə ilə əlaqəli heç bir xəstəlik halı klinik olaraq təsdiqlənməyib.
Amma Ulluqurkay kəndinin səhiyyə üzrə məsul işçisinin 27 may tarixli məktubunda bildirilib ki, "Tata" zavodundan atılan tullantılar güclü, xoşagəlməz bir qoxu yaradaraq suyu heyvanlar üçün də yararsız hala gətirib. Məktubda həmçinin çirkab sularının kənd təsərrüfatı torpaqlarında toplandığı və yaxınlıqdakı quyulardakı suyu çirkləndirdiyi qeyd edilib.
İstintaqda qeyd edilib ki, narazılıqlardan sonra fermerlərdən biri çirkab suların yığıldığı bir gölməçənin şəklini çəkmək üçün zavodun ərazisinə daxil olub. Daha sonra təhlükəsizlik işçisi avtomobildən silah çıxarıb. Münaqişə daha da böyüyüb.
Nə "Apple", nə də "Tata" hazırda davam edən istintaqla bağlı şərh verməyib.
Müəllif: Tural
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı



































.jpg)

