Ekologiya
Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
Fransa 2003-cü ilin yayında qeydə alınan rekord göstəriciləri geridə qoya biləcək anomal isti dalğasına hazırlaşır.
Publika.az “El Mundo” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransanın Milli Meteorologiya Xidmətinin direktoru Sofi Voirin bildirib.
Meteoroloqların proqnozlarına görə, gələn həftənin əvvəlində ölkədə rekord səviyyədə yüksək temperatur müşahidə oluna bilər. Artıq bu həftə sonu Fransanın 60 departamentində narıncı xəbərdarlıq səviyyəsi elan edilib və temperatur 40°C-ni keçib. Bu, yayın əvvəli üçün xarakterik olan normadan 10-15°C yüksəkdir.
Anomal istilər səbəbindən 70-dən çox qatar reysi ləğv edilib, cümə günü 100-dən çox məktəbdə dərslər dayandırılıb və açıq havada keçirilməsi nəzərdə tutulan onlarla tədbir qadağan olunub. Yaranmış vəziyyətlə əlaqədar Fransanın Baş naziri səhiyyə, daxili işlər, nəqliyyat, mədəniyyət və təhsil nazirliklərinin fəaliyyətini əlaqələndirmək üçün nazirliklərarası böhran mərkəzi yaradıb.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı



































.jpg)

