Elm və təhsil
YUNESKO-nun Valensiyadakı mərkəzinin rəhbəri BDU-da
YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Gironeslə Bakı Dövlət Universitetində görüş keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a bildirilib ki, rektor Abel Məhərrəmov Xose Manuel Gironesin universitetə gəlişini yüksək qiymətləndirib, görüşün əməkdaşlığın gələcək perspektivlərinə təsirsiz ötüşməyəcəyini bildirib.
Beynəlxalq Humanitar forumu haqqında, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsində Böyük İpək Yolunun əhəmiyyəti barədə danışan Xose Manuel Girones Valensiyada keçirilmiş YUNESKO-nun İkinci beynəlxalq görüşünün “İpək yolu” onlayn platformasının təşkilatçısı kimi görüdüyü işlərdən, son illər YUNESKO-da reallaşdırdığı layihələrdən bəhs edib, bu təşkilatın fəaliyyət istiqamətləri və mexanizmi ilə bağlı əsas məqamları xatırladıb. Qonaq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO - Azərbaycan əməkdaşlığının inkişafı istiqamətindəki uğurlu fəaliyyətindən də bəhs edib.
Daha sonra qonaq Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, müəllim və tələbələrlə görüşüb. İqtisadi eqoizmi, mədəni korluğu pisləyən professor Xose Manuel Gironesin bəşəri sülhdən, İspaniyanın qızıl dövründən, multikultural əlaqələrdən, həmçinin jurnalistikanın iqtisadi qüvvəsindən danışıb.
Qeyd edək ki, Xose Manuel Xirones Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktorudur.
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə gəlmiş Nobel mükafatçıları, görkəmli ictimai-siyasi xadimlər, universitet rektorları və digər rəsmi şəxslərin Bakı Dövlət Universitetində də görüşləri, mühazirələri təşkil olunur, əməkdaşlıq müqavilələri imzalanır.
-
MDB08:12"Qiyamət radiosu"ndan yeni sirli mesaj - Bu dəfə elə bir vaxta təsadüf etdi ki...
-
MDB07:35Putin Ermənistana ordu göndərəcək? - Qalmaqallı yeni qanun
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək


































.jpg)



