Elm və təhsil
Avey dağı ərazisində arxeoloji araşdırma aparılır - FOTO
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlanılıb.
Publika.az xəbər verir ki, Azərbaycan tərəfindən beynəlxalq ekspedisiyaya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Yaponya tərəfindən Tokio Universiteti Muzeyinin rəhbəri, professor, doktor Yoşihiro Nişiaki (Yoshihiro Nishiaki) başçılıq edir.
Hələ 2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən, Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında göstərilib ki, Cənubi Qafqazda ilk neolit (Yeni Daş dövrü, e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək) mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit (Orta Daş dövrü, e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası) icmaları tərəfindən yaradıldığı ehtimal var. Amma mezolit icmaların arxeoloji detalları və arxeoloji landşaftı hələki tam aydın deyil. Vaxtilə, azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar etmişdilər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurub.
Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları iyulun 30-na kimi davam edəcək.
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim






.jpg)














.jpg)
















.jpg)
