Elm və təhsil
Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə
Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ərizələrin qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.
Bu gün saat 15.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulunun başlanması əlaqədar canlı yayım ediləcək. DİM-in sektor müdiri Xanlar Xanlarzadə canlı yayımda qəbul qaydaları, tələbə qəbulu elanı, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma və təsdiq edilmə qaydası haqqında izləyicilərə məlumat verəcək.
Qəbul qaydaları ilə əlaqədar suallarınızı "Facebook"da verilən
müvafiq postun altına yaza və ya [email protected]ünvanına göndərə
bilərsiniz. Suallarınız canlı yayımda cavablandırılacaqdır.
Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və
dəqiq ifadə etməlisiniz.
Xatırladaq ki, DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımlar
mütəmadi təşkil olunacaq və həmin dövr üçün aktual olan məsələlər
haqqında məlumat veriləcəkdir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)

























.jpg)
.jpg)

