Elm və təhsil
Ali məktəbə qəbul olmaq istəyənlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına müraciət edib.
DİM-dən Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək
Həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili məüssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün aprelin 15-dək “Abituriyentin elektron ərizəsi” forması təsdiq olunmalıdır.
Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.
Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib.
İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)

























.jpg)
.jpg)

