Elm və təhsil
Nazir müavini: "Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"
Sürətli inkişaf nəticəsində 2030-cu ildə dünyada mövcud olan ixtisasların və peşələrin 80 faizinə ehtiyac olmayacaq.
Publika.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov media üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
O bildirib ki, gələcəkdə əmək bazarında hansı peşələrə, ixtisaslara ehtiyac olacağını bu gün proqnozlaşdırmaq çətindir: “Ona görə təhsil sistemi elə baza bilikləri verməlidir ki, gələcəkdə gənclər bazanı inkişaf etdirsinlər. Gəncləri müstəqil fəaliyyət göstərməyə istiqamətləndirməliyik. Aparılan islahatlar bu məqsədi güdür”.
F.Qurbanov təhsil sistemində hələ də bəzi problemlərin qeydə alındığını bildirib: “Təhsil sistemində müəyyən problemlər var ki, bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Cəmiyyəti narahat edən məqam şagirdlərin və müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və bu, bəzən psixi səviyyə gəlib çıxır. Biz buna həssaslıqla yanaşırıq. Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və hər kəsin özünəməxsus xarakteri var. Tədqiqatlar göstərir ki, uşaq formalaşmış xarakterlə məktəbə daxil olur. Uşağın xarakteri 3-5 yaşda formalaşır. Ailələr, müəllimlər müxtəlifdir. Hər biri biz istədiyimiz kimi təlimi apara bilmir”.
Nazir müavini qeyd edib ki, orta məktəblərdəki hadisələrə Təhsil Nazirliyi tərəfindən adekvat reaksiya verilir: “Gərginliyin aradan qaldırılması, məsuliyyətin gücləndirilməsi, təlim-tərbiyə, xüsusi hallarla bağlı qaynar xətt yaradılır, tədbirlər planı həyata keçirilir. Məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz. Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər. Buna görə, bu məsələlərə həssaslıq yanaşmaq lazımdır”.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp































.jpg)



.jpg)

