Elm və təhsil
Gömrük Akademiyasının tələbələri üçün 14 həftəlik təcrübə - FOTO
Dövlət Gömrük Komitəsi Akademiyasının IV kurs tələbələri 17 fevral 2020-ci il tarixindən başlayaraq 14 həftə ərzində Dövlət Gömrük Komitəsinin struktur bölmələrində istehsalat təcrübəsi keçəcəklər.
Publika.az xəbər verir ki, Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etməyin vacibliyini bildirən Qulu Novruzov Akademiyanın tələbələrinin buraxılış işlərinin mövzusuna uyğun olaraq Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübədə olacağını deyib.
“Tələbələrin əsasən Dövlət Gömrük Komitəsinin struktur bölmələrinə göndərilməsinin əsas məqsədlərindən biri də odur ki, gələcəkdə bu, işlə təmin olunmada müəyyən qədər müsbət bir məqam kimi dəyərləndiriləcək”- deyə o qeyd edib.
Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb.
O, qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənəcəklər. Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və uğurlar arzulayıb. Sonra Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)





























.jpg)
.jpg)

