Elm və təhsil
Qaydaları pozanların imtahanı dərhal dayandırılacaq - XƏBƏRDARLIQ
Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak ödənişsizdir. İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.
Yeni sınaq imtahanında 5 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq.
İmtahana yalnız aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan şəxslərin yazılması tövsiyə olunur. Bundan əlavə, 5 iyunda keçirilən imtahanda davranış qaydalarını (imtahan otağını tərk edib qayıtmaq, kiminləsə danışmaq və s.) 20-yə yaxın şəxs pozsa da, proqramı və nəzarət sistemini yoxlamaq məqsədilə onlara imtahanlarını başa çatdırmaq imkanı yaradılmışdır.
9 iyunda keçiriləcək imtahanda isə qaydaları pozan şəxslərin imtahanı dərhal dayandırılacaq.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.
İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi https://otk.az/ProctorDIM/ProctorDIM.zip“ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır.
Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO