Elm və təhsil
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.
Publika.az instituta istinadla xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində dilçi alimlərin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.
Akademik İsa Həbibbəyli lüğətin Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.
Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları - “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təklifləri irəli sürüblər.
Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr olunub. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda oxuculara və ictimaiyyətə təqdim olunacaq.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































