Elm və təhsil
Peşə təhsili müəssisələrinə QƏBUL QAYDALARI dəyişdi
Ötən illər ərzində peşə təhsili müəssisələrinə qəbul ASAN xidmət mərkəzləri tərəfindən həyata keçirilirdisə, bu il qaydalar dəyişdirilib.
Publika.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Baş məsləhətçisi Röyal Yolçuzadə peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, pandemiya dövrünü nəzərə alaraq, vətəndaşlar qebul.vet.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər: "Əvvəlki illərdə müraciətlər kənar şəxslərin müdaxiləsi ilə aparılırdısa, bu il tam şəffaf şəkildə qeydiyyat prosesi baş tutacaq. Müraciət edən şəxs ixtisası seçdikdən sonra müsabiqənin nəticələrini şəxsi kabinetdə öyrənə biləcək".
O qeyd edib ki, bu il ötən illərdən fərqli olaraq tələbə qəbulu ictimaiyyətə açıq şəkildə elan olunacaq: "Nəticələr Peşə Təhsili üzrə Dövlət Agentliyinin, yaxud da Təhsil Nazirliyinin saytında yerləşdiriləcək. Qəbulda əsas tələb olunan sənəd şəxsiyyət vəsiqəsi, ölkə ərazisində qaçqın statusunda yaşayan şəxslərdən BMT-nin verdiyi qaçqın statusunu təsdiqləyən sənəddir. Hər bir şəxs bir nömrə ilə qeydiyyatdan keçə bilər və bu nömrəyə mesaj vasitəsilə bildirişlər göndəriləcək".
Röyal Yolçuzadə əlavə edib ki, cari ildə buraxılış imtahanlarında iştirak etməyib, attestat ala bilməyən şəxslər bitirdikləri orta təhsil müəssisələrindən qiymətləndirmə cədvəlini alıb peşə təhsili müəssisələrinə təqdim edəcəklər: "Hər bir şəxsdən xahiş edirik ki, qeydiyyatı özləri aparıb, şəxsi məsuliyyətlərini öz üzərlərinə alsınlar"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


