Elm və təhsil
Orfoepiya lüğətinə görə İşçi qrupu yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Publika.az xəbər verir ki, o, bu barədə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının növbəti iclasında bildirib.
İ.Həbibbəyli “Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün AMEA-da İşçi qrupunun yaradıldığını və bu istiqamətdə müvafiq iş aparıldığını diqqətə çatdırıb.
İclasda həmçinin pandemiya dövründə müvəqqəti olaraq Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrində aparılan müsabiqə xarakterli kadr dəyişikliklərinin açıq səsvermə yolu ilə keçirilməsi qərara alınıb.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova Fəlsəfə İnstitutunun Estetika şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Fikrət Nəbiyev isə həmin müəssisənin Məntiq şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiqləniblər.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































