Elm və təhsil
AMEA-nın nizamnaməsi dəyişəcək - FOTO
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib.
Akademiyadan Publika.az-a verilən məlumata görə, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev və vitse-prezident, akademik Rasim Əliquliyev iştirak edib.
Tədbirdə struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verilib.
Elmi Şuranı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb. Bildirib ki, iclasın keçirilməsində məqsəd Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi iclasında seçilmiş və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Fizika İnstitutunun direktoru akademik Arif Həşimovu kollektivə təqdim etməkdən ibarətdir. O, akademikin elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, A.Həşimov 1971-ci ildən Fizika İnstitutunda işləyir. A.Həşimovun tanınmış alim, akademik Çingiz Cuvarlı məktəbinin yetirməsi olduğunu və bu məktəbin ənənələrini layiqincə davam etdirdiyini vurğulayıb. Akademik D.Tağıyev bildirib ki, Fizika İnstitutu Akademiyanın işçilərin sayına görə ən böyük institutlarındandır və həmişə dünyada tanınan qabaqcıl institutlarından olub. O, bundan sonra da İnstitutun inkişaf edəcəyinə və həmişə olduğu kimi irəlidə olacağına ümid etdiyini bildirib.
Akademik Rasim Əliquliyev AMEA-nın Ümumi Yığıncağında AMEA nizamnaməsində dəyişiklər olacağını qeyd edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


