Elm və təhsil
Bu kənddə uşaqlar məktəbə arabayla gedirlər - FOTO/VİDEO
At arabası ilə qonşu kənddəki məktəbə gedirlər, öz məktəblərində isə yalnız 4-cü sinifə kimi oxuya bilirlər.
Publika.az xəbər verir ki, söhbət Goranboy rayonunun Əhmədabad kənd orta məktəbindən gedir.
Kənd sakinlərini narahat edən məsələ məktəbin tamamilə yararsız vəziyyətdə olmasıdır. Təhsil müəssisəsinin binası sözün həqiqi mənasında yararsız, hətta qəzalı vəziyyətdədir. Komanı xatırladan məktəbin içərisində sadəcə qırıq-salxaq oturacaqlar, odun sobası gözə dəyir. Məktəbin kitabxanasındakı dərsliklər isə dəhlizə səpələnib.
Üstəlik, Əhmədabad kəndində uşaqlara ancaq 4-cü sinifə kimi dərs keçilir. 5-ci və daha yuxarı sinif şagirdləri isə qonşu kənddəki məktəbə getmək məcburiyyətində qalır. Bu da məktəblilərin vaxtında dərsə çatmasında ciddi çətinliklər yaradır. Bəzi hallarda qonşu kəndin məktəbinə at arabası ilə gedilir. Məktəbin yararsız və tamamilə dağılmış mənzərəsi sözsüz ki, tədrisin keyfiyyətinə də təsirsiz ötüşmür. Bunu məktəbin müəllimləri də təsdiqləyir. Valideyinlər isə qış aylarında övladlarını məktəbə göndərmir.
Məsələ ilə bağlı Goranboy rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin təmiri üçün Təhsil Nazirliyinə məlumat verilib.
Məktəbdə təhsilin 4 illik olması isə bu kəndin əhalisinin sayı ilə bağlıdır. Ümid edək ki, aidiyyatı qurumlar Əhmədabad kəndinin məktəb problemini həll edəcək. Hər halda kənd sakinlərinin əsas istəyi övladlarının yaxşı təhsil almsıdır.
Qeyd edək ki, Əhmədabad kəndindəki yararsız bina 2000-ci ildən məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 4 sinif olmaqla 45 şagird və 4 müəllim var.
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi
-
Maraq dünyası04:24İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər
-
Magazin203:43Teylor Svift gəlinlik seçərkən ondan ilhamlanıb - FOTO
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq







.png)







.webp)






















