Elm və təhsil
Bu tələbələr üçün 14 milyon manat ayrılacaq
"Cənab Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi. 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək".
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.
Nazir bildirib ki, bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib: "2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
