Elm və təhsil
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - VİDEO
Həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.
Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək.
Cəsarət Valehov vurğuladı ki, Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.
2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur.
Həmin tələbələrin payız semestri üçün sistemdəki müraciətləri əsas götürüləcək. Onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.
Qeyd edək ki, bununla bağlı müraciət iyunun 7-nə kimi davam edəcək. Xatırladaq ki, indiyə kimi 30 mindən çox tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


