Elm və təhsil
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq yarışda qalib oldu
Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Hüseyn Qəmbərov "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edib.
Publika.az xəbər verir ki, Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda BANM tələbəsi 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri tutub və Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəldib.
O həm də “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Hüseyn Qəmbərovun 26 ölkədən 122 nümayəndə arasında yüksək yeri qazanması Azərbaycan təhsil sisteminin uğurudur. Qeyd edək ki, Hüseyn Qəmbərov ötən ay keçirilmiş milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib.
Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Bu yarışda 80 istiqamət üzrə yüzlərlə gənc mühəndis 3 gün ərzində öz biliklərini real layihələr üzrə tətbiq edərək mübarizə aparıblar.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
