Elm və təhsil
Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaq
"Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır".
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək: "Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".
N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər: "Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək". (report)
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
