Elm və təhsil
Bu gün neçə min tələbə dərsə başlayıb?
Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə də 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
