Elm və təhsil
Peşə təhsili müəssisələrinin idarə edilməsində Türkiyə TƏCRÜBƏSİ
Peşə təhsili müəssisələrinin idarə edilməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə məktəbinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri başlayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Publika.az-a bildirilib ki, təlimin ilk gününün açılışını İstanbul Əyalət Təhsil İdarəsinin Müstəqil sənayeçi və iş adamları dərnəyinin rəhbəri Mahmud Asmalı edib. Daha sonra dosent Hanifi Parlar “Müasir ixtisas təhsilində liderliyin açarı: dəyişiklik, yenilik, tərəqqi” mövzusunda danışıb. “Türkiyədə peşə təhsili” mövzusunda fikirlərini bölüşən İstanbul Havalimanı Peşə və Texnik Anadolu Liseyinin müdiri Talha Bektaş pandemiya zamanı Türkiyədəki peşə təhsili müəssisələrinin əhəmiyyəti və dəyərləndirilməsi haqqında maraqlı mühazirə edib. Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə məktəblərinin idarə edilməsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsidir.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO


















.jpg)

















.jpg)


