Elm və təhsil
Möhsün Nağısoylunu o əvəz edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna direktor əvəzi təyin olunub.
Bu vəzifənin icrası institutun direktor müavini Baba Məhərrəmliyə tapşırılıb.
B.Məhərrəmli məlumatı təsdiqləyib.
Qeyd edək ki, B.Məhərrəmli akademiyada elmi fəaliyyətə 1996-cı ildən başlayıb. Müxtəlif illərdə institutun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş еlmi işçi vəzifələrində çalışıb. 2015-ci ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.
O, 2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını alıb. Prezident yanında Elmin İnkişaf Fondunun eksperti və Dil Komissiyasının üzvüdür. B.Məhərrəmli 2017-ci ildə “İlin gənc alimi” ali media mükafatına layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu olub. O, oktyabrın əvvəlində vəzifəsindən azad edilib və AMEA prezidentinin müşaviri təyin olunub. (report)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


