Elm və təhsil
İstiyə görə imtahanların saatında dəyişiklik edildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.
İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir.

-
İKT20:48
"Instagram" və "Facebook" PULLU OLACAQ - QİYMƏT
-
Ekologiya19:00
Laçına şiddətli dolu yağdı - VİDEO
-
Qarabağ 18:24
Ordumuzun nəzarətinə keçən Tərtər rayonunun Umudlu kəndi - VİDEO
-
Qarabağ 17:45
Şuşanın Zarıslı kəndi - Video
-
Region17:13
Kadırov daha bir qızına yüksək vəzifə verdi
-
Qarabağ 16:37
Separatçıların “başçıları” Laçın postunda HƏBS OLUNDULAR
-
Nida Xəbər 15:58
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
-
Rəsmi xronika15:28
İlham Əliyev sərəncam imzaladı