Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verildi
Bizi izləyin

Elm və təhsil

Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verildi

Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verildi

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir.

Bu barədə Publika.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.
Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli,

Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm