Elm və təhsil
Qarabağ Universitetinin bu fakültəsinə dekan təyin olundu
Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub.
Publika.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, H.Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur. O, Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.
H.Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.
Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı




































