Region
Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
Müxalifətdən heç nə asılı deyil.
Publika.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan konstitusiya referendumunun keçirilib-keçirilməyəcəyinin müxalifətdən asılı olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Simonyanın sözlərinə görə, hakimiyyət hər hansı təklif irəli sürərkən onun qəbul edilməyəcəyi ehtimalını da nəzərə alır:
“Bizim müxalifətin səviyyəsini və düşüncə tərzini nəzərə alsaq, bunu əvvəllər də demişəm: onların buna ağılları çatmayacaq, razılaşmayacaqlar və növbəti dəfə özlərini məhv edəcəklər. Yeni seçkilər keçirəcəyik və onları darmadağın edəcəyik. Yeni seçkilərin keçirilməsi ilə bağlı heç bir problemimiz yoxdur.
Ermənistanda hakimiyyət xalqa məxsusdur. İnsanların qarşısına çıxıb deyəcəyik: budur, sülh, bu, sonuncu mərhələ, sonuncu səhifədir. Gəlin, bu səhifəni birdəfəlik çevirək ki, nə uşaqlar həlak olsun, nə xarici agentlər gəlib öz şəxsi maraqlarını irəli sürməyə çalışsın, nə də oliqarxlar olsun. Xalq səs verərsə, əla, verməzsə, gedərik”.
Növbədənkənar seçkilərin daha real variant hesab edilib-edilmədiyi barədə suala cavabında isə o, belə deyib:
“Bəli, çünki bizim müxalifətin düşüncə tərzini bilirəm. Onlar mənasız şəkildə “yox, yox” deyə qışqıracaqlar. Lakin onlar çıxılmaz vəziyyətdədirlər və atdıqları hər addım yalnız məğlubiyyətə gətirib çıxaracaq”.
Müəllif: Valeh
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi











.jpg)






















.png)