Əmlak
Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK - VİDEO
Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edib. Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərdə dəyişikliklər aparılıb.
Yeni tələblərə əsasən, bu əmlakların sənədləşdirilməsi zamanı şəhər və rayon xalq deputatları sovetinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. Eyni zamanda, qeydiyyat zamanı sovxoz və ya dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, həyətyanı torpaq sahəsi ilə bağlı qaydanlanmış torpaq kitablarından çıxarışlar da nəzərə alınacaq.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişikliklər yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:
"Bu, ölkədə sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir".
Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmamasıdır.
Digər bir dəyişiklik isə torpaq sahəsinin ölçüsünün göstərildiyi halda, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsünün göstərilmədiyi hallarda isə yaşayış evi və onun altındakı torpaq sahəsi əsas götürüləcək.
Ətraflı Baku TV-nin süjetində:
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







.jpg)




.jpg)


























