Enerji
Trampın andiçməsinin neftin qiymətinə təsiri - Yanvarın 21-dən sonra…
"Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb. Belə ki, neftimizin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,19% artaraq 79,63 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti 79,48 dollar təşkil edib.
Bununla bağlı Publika.az-a neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib.
O diqqətə çatdırıb ki, dünya bazarlarında həm neftin, həm də qazın qiyməti artıb:
“Bu da ilk növbədə tələbatın artması ilə əlaqədardır. Çünki Şimal yarımkürəsində ötən illə müqayisədə havalar daha soyuq keçir. Buna görə də enerjiyə tələbat daha çoxdur. Bu da ona gətirir ki, bazarda alıcılıq qabiliyyəti çoxalıb. Bu, bazar iqtisadiyyatının normal halıdır. İkinci tərəfdən bazardakı təlatümləri yaradan amil siyasi faktorlardır. Misal üçün, bir azdan ABŞ-da prezident kürsüsünə Donald Tramp əyləşəcək. O deyir ki, hasilatı artırmaq lazımdır. Bu zaman neftin qiyməti aşağı düşür. Ancaq ikinci bir tərəfdən də deyir ki, Kanadaya yüksək vergilər tətbiq etmək lazımdır”.

Ekspert əlavə edib ki, Kanada ABŞ-nın hesabına dünya bazarına neft çıxaracaq:
“Bu zaman bazar iştirakçıları bu riskləri də nəzərə alıb, deyirlər ki, Kanada da böyük istehsalçıdır. Bax, bu, bazara təsir edə bilir. Nəticə etibarilə, hazırda “Brent” markalı neftin qiyməti 77 dolları keçmək gücünə malik olub. Nəticədə Azərbaycan nefti də ona uyğun bu qiymətə gəlib çıxıb. Proqnoz verməyə gəlincə, bu, çox mürəkkəbdir. Demək olar ki, indi dəqiq proqnoz vermək olmaz. Yanvar ayının 21-də dünyada enerji bazarında qiymətlər klimatik faktorları kənara qoyub, siyasi bəyanatlara və addımlara əsasən müəyyənləşəcək”.
Aysel Şahmar
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































