İdman
Ançelotti bu klubun “Şöhrət zalı”na daxil edilir
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti gələn ay “Milan”ın “Şöhrət zalı”na daxil ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.
Ançelotti “rossoneri” tarixinin ən yaxşı üç yarımmüdafiəçisindən biri kimi tanınıb və klubun ən böyük əfsanələri arasında statusunu möhkəmləndirib. Mərasim dekabrın 6-da “San Siro” stadionunda “Parma” ilə Seriya A matçından əvvəl keçiriləcək.
Xatirə kubokunu Karla keçmiş komanda yoldaşı Daniele Massaro təqdim edəcək.
1980-ci illərin sonlarında Ançelotti Arriqo Sakkinin ulduzlarla dolu “Milan”ında əsas oyunçulardan biri idi. Klubda keçirdiyi beş il ərzində (1987-1992) yarımmüdafiəçi 160 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. O, “Milan”la iki dəfə Çempionlar Kubokunu, İtaliya Çempionatını və UEFA Super Kubokunu, eləcə də Qitələrarası Kuboku və İtaliya Super Kubokunu qazanıb.
Mütəxəssis 2001-ci ildə “San Siro”ya baş məşqçi kimi qayıdıb. Səkkiz illik rəhbərliyi dövründə o, “rossoneri”yə səkkiz kubok qazandırıb: iki Çempionlar Liqası titulu, İtaliya çempionatı, İtaliya Kuboku, FİFA Klublararası Dünya Kuboku, iki UEFA Super Kuboku və İtaliya Super Kuboku.
Ançelotti hazırda Braziliya millisində çalışır və 2025-ci ilin yayında komandanı idarə etməyə başlayıb.
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
-
Yaxın Şərq16:05Ərəb Koalisiyası husilərə qarşı hərbi əməliyyata başladı
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır

















.jpg)
















