Enerji
Azərbaycandan Bolqarıstana neft ixracı artdı
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Publika.az-ın Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 204,9 milyon ABŞ dolları və ya 5,2 dəfə, həcm baxımından isə 279,6 min ton və ya 4,5 dəfə çoxdur.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Bolqarıstana 79,3 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 48,2 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9 faiz çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda neft hasilatının sabit saxlanılması və uzunmüddətli perspektivdə artırılması istiqamətində bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə ölkənin əsas neft yataqlarının operatoru olan bp hasilatın səmərəliliyinin artırılması üçün yeni investisiya proqramlarını icra edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun sözlərinə görə, şirkət Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda fəaliyyətini genişləndirməyə davam edir. O bildirib ki, AÇG-də hasilatın uzunmüddətli saxlanılması məqsədilə yeni quyular qazılır, mövcud infrastruktur modernləşdirilir və innovativ texnologiyalar tətbiq olunur.
"Biz AÇG-də uzunmüddətli hasilatın təmin olunması üçün investisiyalarımızı davam etdiririk. Yeni quyuların qazılması, platformaların etibarlı fəaliyyətinin təmin edilməsi və texnoloji yeniliklərin tətbiqi bu strategiyanın əsas istiqamətləridir", - deyə bp rəsmisi bildirib.
Şirkət həmçinin "Şəfəq-Asiman" perspektiv strukturunda qiymətləndirmə işlərini, eləcə də Qarabağ yatağının işlənməsi layihəsini davam etdirir. Bununla yanaşı, bp Xəzər dənizində yeni geoloji strukturların öyrənilməsi və əlavə karbohidrogen ehtiyatlarının aşkar olunması istiqamətində fəaliyyətini genişləndirir.
BP vurğulayır ki, yeni layihələr yalnız mövcud hasilatın təbii azalmasının kompensasiya edilməsinə deyil, həm də Azərbaycanın enerji ixracı potensialının uzunmüddətli perspektivdə qorunub saxlanmasına xidmət edir. Şirkətin həyata keçirdiyi investisiya proqramları ölkənin neft-qaz sektorunda dayanıqlı inkişafın təmin olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
























.jpg)




.jpg)




