Enerji
Bir imza ilə dünya bazarını silkələdi: Çindən gözlənilməz addım
Neft qiymətləri Çinin yanacaq ixracını məhdudlaşdırması və ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməyə hazırlaşması barədə xəbərlər fonunda yüksəlib.
Publika.az xəbər verir ki bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, “Brent” markalı neftin bir barelinin qiyməti 0,28 faiz artaraq 102,60 dollara, "West Texas Intermediate" (WTI) isə 0,29 faiz yüksələrək 93,14 dollara çatıb.
Bazarı xüsusilə Çinin yanacaq ixracına tətbiq etdiyi məhdudiyyətlər narahat edir. Məlumata görə, Pekin iri neft emalı zavodlarına oktyabr ayında Honq Konq və Makao xaricindəki bölgələrə yanacaq ixracı üçün hələ icazə verməyib.
Digər tərəfdən, ABŞ-ın Avropa ölkələrindən, o cümlədən Almaniya və Fransadan fövqəladə dizel ehtiyatlarını azaltmalarını istədiyi bildirilir. Vaşinqtonun Avropanı mümkün ABŞ dizel ixracı qadağası ilə bağlı xəbərdar etdiyi qeyd olunur.
Müəllif: Roza
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?







.jpg)




























