Superboulun qalibi müəyyənləşdi
Bizi izləyin

İdman

Superboulun qalibi müəyyənləşdi

Bu gecə Superboul-2026 baş tutub.

Publika.az xəbər verir ki, final qarşılaşmasında “Sietl Sihoks” “Nyu-İnqlend Patroits”i məğlub edib. Oyun 29:13 hesabı ilə başa çatıb (3:0, 6:0, 3:0, 17:3).

“Sietl” tarixində ikinci Superboul titulunu qazanıb. Komanda ilk dəfə bunu 2014-cü ildə bacarıb. “Nyu-İnqlend”in isə hesabında 6 belə titul var.

Qeyd edək ki, Superboul Amerika futbolu üzrə yarışların final görüşü hesab edilir. Bu qarşılaşma ABŞ-nin ən böyük idman layihələrindən biridir. Təkcə bu görüşün dövriyyəsi yüz milyonlarla dollar təşkil edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm