Foto
Maraqlı adət: hamının bir-birinə kömək etdiyi yer - FOTO
Şəki ilin bütün fəsillərində öz füsunkar gözəlliyi ilə hamını heyran edir. Həm təbiəti, həm də tarixi ilə əcnəbilərin diqqətini cəlb edən Şəkiyə pandemiya ilə əlaqədar olaraq barmaqla sayılacaq qədər xarici turist gəlir. Bu səbəbdən də hazırda oraya daha çox yerli turistlər üz tutur.
Şəkidə insanların ən çox səyahət etdiyi məkanlardan biri də Kiş kəndində yerləşən alban məbədidir. Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Bura Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Kəndin adı Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində də çəkilir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi “Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.
src="/storage/files/upload/68b39cd9ea1d6a94a7a4017e52069a5b3ed7e503.jpg" style="width: 766px; height: 1072.4px;" class="fr-fic fr-dib fr-fil">
Kəndin yaşlı sakinlərindən olan Şəfiqə nənə Publika.az">Publika.az-ın əməkdaşı ilə həmsöhbət olub və bildirib ki, 2 ilə yaxındır buraya çox az sayda turist gəlir.
“İndi hava şəraiti ilə əlaqədar demək olar ki, gələnlərin sayı azalıb. Yayda gəlib-gedən çox olur. Kəndə gələn qonaqlara Kişə aid Qızıl Əhmədi alması təklif edirəm. Burda hər kəs öz əl işini, hazırladığı nələrisə evinin qarşısına düzüb satır. Mən də öz bağımın məhsulunu satıram. Almanın bir kiloqramını müştərilərə 2.5 manata təklif edirəm. Bəzilərinin məlumatı olmur, mən də bu meyvənin faydasından danışıram. Kişə məxsus Qızıl Əhmədi alması həqiqətən çox faydalıdır”.src="/storage/files/upload/9ca917ca73652f225296caefdec9e71a6d4585cd.jpg" style="width: 821px; height: 585.647px;" class="fr-fic fr-dib fr-fil">
Müsahibimiz deyir ki, Kişin özünəməxsus adəti var. Burada çay daşlarından hörülmüş kənd divarında xüsusi olaraq nəzir qoymaq üçün yer hazırlanıb. Kənd sakinləri buranı ziyarətgah adlandırır və hər gün oraya imkanları çatan qədər pul qoyurlar. Ehtiyacı olan insanlar da oradan keçərkən həmin nəziri götürüb ehtiyacları üçün istifadə edirlər. Şəfiqə nənə deyir ki, oraya qoyulan nəziri imkanı olmadığı üçün daha çox o özü götürür və ehtiyaclarını qarşılayır: "Kim istəsə götürə bilər. Bu pul yolu gəlib-gedən hər kəs tərəfindən qoyulur. Əvvəllər mənim də atamın evinin divarında elə bir yer var idi. Hamı ora qoyurdu nəzirini".
Publika.az">Publika.az Azərbaycanın şimal-qərb regionunun ən qədim və səfalı rayonlarından sayılan Şəkidən və Kiş kəndindən maraqlı görüntüləri təqdim edir.
Foto: Günay Arifqızı
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı







































