Gözəllik
Plastik əməliyyat 35 yaşa qədər edilməlidir, yoxsa...
Bir çox ölkələrin qanunvericiliyi 18 yaşından plastik əməliyyata icazə verir. Cərrahlar həmçinin bədənin inkişafı üçün ən azı 22-23 yaşı gözləməyi tövsiyə edirlər. Lakin ekspertlər lipofillinqi əməliyyatını gecikdirməməyi məsləhət görürlər.
Publika.az xəbər verir ki, ekspertlərin fikrincə, bu əməliyyat üçün ideal dövr 35 yaşa qədərdir.
Təbii ki, üz və bədənin müxtəlif nahiyələrinə piy transplantasiyası istənilən yaşda edilə bilər. Bununla belə, həkimlər iddia edir ki, 35 yaşa qədər piydəki kök hüceyrələri daha aktiv təsirə malik olur. Buna görə də əməliyyatın nəticəsi daha yaxşı olacaq və reabilitasiya daha sürətli keçəcək.
Məlumat üçün bildirək ki, lipofilinq bədəndən piylərin çıxarılıb başqa nahiyəyə transplantasiya edilməsi, köçürülməsidir. Bu, cərrahi əməliyyat olub, tam steril şəkildə icra olunur. Lipofilinq yaşla və ya digər səbəblərlə bağlı üz və bədəndə yaranmış qüsurları aradan qaldırmaq üçün uğurla istifadə edilir.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





































