Gözəllik
Məşhur aktrisadan cavan qalmağın yolları
42 yaşlı rusiyalı aktrisa Ravşana Kurkova illərdir gözəlliyi ilə hər kəsi özünə heyran edir. Bəs bu zərif aktrisa gözəlliyini nəyə borcludur?
Publika.az oxucuları aktrisanın gözəllik ritualları tanış edib.
Dodaqlarınızı nəmləndirin
Əllərin və dodaqların vəziyyəti qadının yaşını dərhal ələ verir, ona görə də bir neçə il cavan görünmək istəyirsinizsə, onlara xüsusi diqqət yetirməli və nəmləndirməyi unutmamalısınız. Əgər işlərin çoxluğundan dodaqları gün ərzində nəmləndirməyi unudursunuzsa, o zaman bilin ki, dodaqlarınızı quruluqdan və qırışlardan xilas etməyin başqa bir alternativi var - gecə maskası. Sadəcə yatmazdan əvvəl onu dodaqlarınıza çəkin və siz istirahət edərkən maska öz işini görəcək. Təsirini çox gözlətməli olmayacaqsınız, səhər dodaqların dərisi daha canlı görünəcək.
Sağlam yuxu
Ravşana etiraf edir ki, sağlam yuxu ən yaxşı gözəllik ritualıdır. Odur ki, səkkiz saatlıq sağlam yuxuya laqeyd yanaşmayın: məhz bu zaman epidermis bərpa olunur və kollagen istehsal olunur. Yeri gəlmişkən, vaxtından əvvəl qırışlar qazanmaq istəmirsinizsə, bu məsləhətə kiçik yaşlardan əməl etməyə başlamaq lazımdır.
Vitamin və minerallarla zəngin rasion
Ravşana ət və toyuq ətindən imtina etməsinə baxmayaraq, kifayət qədər vitamin və minerallar qəbul edir. Bədənin sağlamlığını və gözəlliyini qorumaq üçün hər gün omeqa-3, kollagen və D vitamini içir. Qışda isə V vitamini qəbul edir.
Saç baxımı
Boş vaxtınız varsa, onu saç baxımına sərf edin. Səliqəsiz saç düzümü sizi daha yaşlı göstərir. Ravşana saçını yumadan iki-üç saat əvvəl saçın bütün uzunluğu boyunca xüsusi yağ çəkir və iki yerə ayırıb hörür. Bu, saçınıza sağlam parlaqlıq verəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


