Gözəllik
Yeni ildə xanımlar niyə qara lent bağlayacaq? - FOTO
Fransız aktrisası Katrin Denyov 1964-cü ildə debüt etdiyi “Şerburqun çətirləri” filmindəki baş rolu sayəsində bu günə qədər aktual olan bir tendensiya yaratmağa nail olub.
Sözügedən ekran işində Jeneviyev Emeri rolunu oynayan Denyovun obrazı digər personajlardan tamamilə fərqlənirdi. Bəs onu fərqləndirən nə idi?
Bu sirr onun saçlarında idi. Hündür at quyruğu saç yığımı Emeri obrazının ayrılmaz hissəsi idi. Yeri gəlmişkən, süjetin inkişafı ilə əsas personajın saçındakı atlaz lent getdikcə tündləşir. Hər şey yumşaq çəhrayıdan başlayır və yalnız finalda nəhayət ki, aktrisanı qara aksesuarda görə bilirik. Bu romantik bəzək əşyası sonradan kulta çevrildi.
Publika.az xəbər verir ki, atlaz lentlər 2022-ci ilin də əsas aksessuar trendlərindən biridir. Qeyd edək ki, “Chanel” və “Giambattista Valli” markaları bu ilki kolleksiyalarında atlaz lentlərə də yer veriblər. Sonra isə bu aksessuarı Venesiya Film Festivalında bir çox ulduzun saçında gördük.
Kinodivanın moda dünyasına gətirdiyi sadə qara atlaz lentlər xüsusilə Yeni İl bayramı ərəfəsində gündəmə gəlir. Qara lent bayram axşamı sizə sadə, lakin zərif saç düzümü yaratmağa kömək edəcək.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)




















