Cərrahların qadınları tanınmaz hala salan inanılmaz TRENDİ
Bizi izləyin

Gözəllik

Cərrahların qadınları tanınmaz hala salan inanılmaz TRENDİ

Cənubi Koreyada yeniyetmələrin doğum günündə plastik cərrahın yanına getməsi heç kimi təəccübləndirmir. Bu əyalətin əksər sakinlərinin özünə etdiyi ən gözəl doğum günü hədiyyəsidir. Koreyada insanlar belə hesab edirlər ki, uğurun əsas açarı cəlbedici zahiri görünüşlə birbaşa əlaqəlidir. Ölkənin özü də çoxdan estetik əməliyyat və prosedurların məkkəsi elan olunub, onun ətrafında həmişə olduğu kimi həmişə çoxlu söz-söhbətlər və fərziyyələr gəzir.

Publika.az oxucuları Cənubi Koreyanın gözəllik anlayışı və trenddə olan estetik əməliyyatlarla tanış edir.

İdol mədəniyyəti

Asiya sakinləri haqqında mövcud olan ən çox yayılmış fərziyyə onların Avropa xüsusiyyətlərini əldə etmək istəyidir. Bu, qətiyyən doğru deyil. Ölkənin özünəməxsus fərqli xüsusiyyətləri olan öz idol mədəniyyəti var. Mütləq tendensiyada - üzə kiçik toxunuş, sinənin böyüdülməsi və ya qarın gərilməsi əməliyyatları yer almır.

Koreyalılar üçün gözəllik anlayışı nə deməkdir?

Birincisi, incə bir burnunuz olmalıdır. İnsanların çoxu düz və geniş təbii formanı sevmir, ona görə də rinoplastika mütləq zirvədədir. Demək olar ki, tələbat eynidir: nazik və dikburun, həm də konturlar daha cəlbedici görünməlidir.

İkincisi, baxışlarınız aydın və iti olmalıdır. Blefaroplastika rinoplastikadan daha az populyar deyil, çünki yuxarı göz qapağının formasını dəyişdirmək gözlərin daha ifadəli görünməsinə və gözəl bir makiyaj etməyə imkan verəcək.

Üçüncüsü, üz quruluşunun V formasına salınmasıdır. Belə konturlar ideal hesab olunur və çoxları buna can atırlar.

İdol mədəniyyətinin üstünlükləri göz qabağındadır, ölkədəki estetik əməliyyatlar güclü iqtisadi sıçrayışa yol açıb. Amma bu cür populyarlığın çatışmazlıqları da kifayət qədərdir, hər şeydə mükəmməl olmaq arzusu insanları az qala uşaqlıqdan əməliyyata sövq edir. Artıq yeniyetməlik dövründə koreyalılar üzlərini yenidən formalaşdırır və əməliyyatdan əvvəl onları tanıyan hər kəslə bütün əlaqəni kəsirlər. Ümumi tendensiyalarda başqa bir mənfi cəhət də var ki, yerli qanunlara görə, insan ağıllı və peşəkar olsa belə, zahirən cəlbedici deyilsə, karyera nərdivanını qalxa bilməyəcək.

Həm ziyarət, həm ticarət

Cənubi Koreya ətrafında dolaşan başqa bir rəvayət yerli plastik cərrahların bacarıqlarının şişirdilməsidir. Onların işlərinin nəticələri həqiqətən təsiredicidir, ancaq bu, dəyişikliklərin miqyasına görə əldə edilir. Üzün həm əzələ, həm də sümük strukturlarında hərtərəfli dəyişiklik effektiv nəticəyə gətirib çıxarır. Avropa yanaşmasında başqa amillər qiymətləndirilir: nə qədər gözə dəyməzsə, bir o qədər yaxşıdır. Peşəkarlıq isə maksimum incəlikdə və az nəzərə çarpan metamorfozalarda qiymətləndirilir. Buna baxmayaraq, marketinq öz bəhrəsini verir, belə ki, yerli həkimlərin xidmətindən təkcə qabaqcıl Koreya gəncləri deyil, həm də avropalılar istifadə edir.

Təkcə Seulda cərrahiyyə və inyeksiya yolu ilə görünüşü dəyişdirməyi təklif edən 600-dən çox klinika var. Əlbəttə ki, xidmətlərin dəyəri və layiqli xidmət səviyyəsi əcnəbilərin diqqətini cəlb edir. Çoxları ziyarəti ticarətlə birləşdirir: əməliyyat və istirahət. Düzdür, bir neçə amili nəzərə almırlar: yad ölkələrdə sağalmaq psixoloji cəhətdən daha çətindir, insan hər hansı müdaxilədən sonra həmişə həssas olur. Vəziyyətin sizə uyğun olub-olmayacağını, əhvalınızın necə olacağını və səyahətdən həzz almaq istəyib-istəməyəcəyinizi proqnozlaşdırmaq mümkün deyil. Əgər klinikadan çıxıb görməli yerləri ziyarət etmək istəyirsinizsə, bu zaman təxminən bir aylıq büdcə planlaşdırmaq lazımdır.

Maraqlı faktlar

Koreyada işəgötürənlərin demək olar ki, 95%-i ilk növbədə işçilərin peşəkar bacarıqlarına deyil, xarici görünüşünə baxırlar.

Görünüşlərini tamamilə dəyişən qızları "Qanqnam gözəlləri" adlandırırlar. Klinikaların əksəriyyəti Seulun nüfuzlu bölgəsi olan Qanqnamda yerləşir.

Cənubi Koreyada bir insanın xarici görünüşünə irad bildirmək təhqir sayılmır. Əksinə, bu, hörmət və ən yaxşı niyyətlə edilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm